Dünya

Sarkisyanın qardaşı Paşinyanın hədəfində

7 Mart 2019 11:30
0 Şərh     Baxış: 971
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalqı talan edən günahkarlar dövlətə "hədiyyə" verməklə məsuliyyətdən qaça bilməyəcəklər.

Milli.Az qafqazinfo-ya istinadən xəbərinə görə, bu barədə erməni baş nazir Nikol Paşinyan eks-prezident Serj Sarkisyanın qardaşı, irimiqyaslı fırıldaqçılıqda ittiham olunan keçmiş deputat Aleksandr Sarkisyanın büdcəyə 18,5 milyon dollar qaytarmasını şərh edərkən bildirib.

"Mən indiyə qədər kiminsə külli miqdarda pul ödəməklə məsuliyyətdən boyun qaçırması vəziyyəti ilə rastlaşmamışam. Yalnız bir şey deyə bilərəm: Günahı sübut olunan istənilən şəxs cəzadan qaça bilməyəcək", -o söyləyib.

Paşinyan xalqdan oğurlanmış hər bir qəpiyin büdcəyə qaytarılmalı olduğunu qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.