Dünya

ABŞ-da etirazlar zamanı 84 nəfər həbs olunub

6 Mart 2019 22:24
0 Şərh     Baxış: 783
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Sakramento şəhər polisi prokurorun qaradərilini güllələmiş polis əməkdaşlarına heç bir cəzanın verməməsi qərarına qarşı keçirilən nümayiş zamanı 84 nəfəri həbs edib.

Milli.Az report-a istinadən bildirir ki, etirazçılar ötən ilin martında qaradərili Stefan Klarkı güllələmiş polislərin məsuliyyətə cəlb olunmasını tələb edirlər.

Yerli sakinlərin etirazlara reaksiyası birmənalı olmayıb. Bir çoxları onu dəstəkləməyiblər. Digər bir qismi isə mitinqçilərlə razılaşaraq, marşa qoşulublar.

Klark polisdən qaçan zaman atəşə tutulub və 20 güllə yarası alıb. Onun üzərində silah olmayıb. Afroamerikalı avtomobilləri qarət etməkdə şübhəli bilinirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.