Dünya

Ermənistanda kənd sakinləri yolu bağlayıb

6 Mart 2019 19:44
0 Şərh     Baxış: 885
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın Armavir vilayətinin Qriboyedov kəndinin sakinləri martın 6-da Eçmiadzin-Marqara avtomobil yolunu bağlayıb.

Milli.Az Report-a istinadən xəbər verir ki, onlar kənddaxili yolun və Qriboyedovla başqa kəndləri birləşdirən avtomobil yollarının asfaltlanmasını tələb edirlər.

Sakinlər məsələ ilə bağlı vilayət administrasiyasına müraciət etdiklərini bildiriblər: "Orada bizə yolun asfaltlanmasının 50 faizini yerli hakimiyyətin, qalanını isə icmanın maliyyələşdirməsini təklif etdilər. Durduğumuz yerdən heç yerə tərpənməyəcəyik. Seçkilər zamanı bura Ermənistandan çoxlu sayda vəzifəli şəxslər gəlmişdi. Onlar bizi aldadıb getdilər. İndi də 50 faiz - 50 faiz söhbəti edirlər. Bizim vəsaitimiz olsaydı, heç onlara müraciət etməzdik".

Bildirilib ki, 2,5 km avtomobil yolunun asfaltlanmasına 50 milyon dram (102 min 43 dollar) maliyyə vəsait lazımdır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.