Dünya

Avropa İttifaqı Türkmənistanda nümayəndəlik açır

5 Mart 2019 16:09
0 Şərh     Baxış: 243

Türkmənistan Xarici İşlər Nazirliyində Avropa İttifaqının (Aİ) Türkmənistandakı nümayəndəliyinin (iqamətgahı Ankarada) rəhbəri Kristian Berqerlə görüş olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tərəflər yaxın gələcəkdə Aİ-nin Türkmənistanda nümayəndəliyinin açılması məsələsini müzakirə ediblər.

Görüşdə siyasi, ticari-iqtisadi və humanitar sahələrdə əməkdaşlığın müsbət inkişafı qeyd olunub.

Xatırladaq ki, Aİ və Türkmənistan türkmən karbohidrogen daşıyıcılarının Avropa bazarlarına çıxışını nəzərdə tutan layihənin reallaşdırılmasına sadiqdirlər. Bundan əvvəl maraqlı tərəflər bəyan etmişdilər ki, 300 km qaz kəmərinin Xəzərin dibi ilə Azərbaycan sahillərinə çəkilməsi türkmən resurslarının Avropa bazarlarına çatdırılması üçün ən əlverişli layihədir. Sonra Türkmənistan yanacağı Avropa ölkələri ilə həmsərhəd olan Türkiyəyə nəql oluna bilər.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.