Dünya

25 işçisini doğrayan kişi həbsxanada öldü - FOTO

5 Mart 2019 10:30
0 Şərh     Baxış: 1 366
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Silsilə cinayətləri ilə ad çıxardan, 25 nəfəri qətlə yetirən kişi ölüb.

Milli.Az Mirror-a istinadla xəbər verir ki, 1973-cü ildə törətdiyi cinayətlərlə hər kəsi qorxuya salan "mişarlı qatil" kimi tanınan Juan Corona dünyasını dəyişib.

O, 85 yaşında həbsxanada öz əcəli ilə vəfat edib.

Kaliforniyada yaşayan Juan qurbanlarını meyvə bağçasına basdırıb. O, 25 ferma işçisini qətlə yetirib.

Onun törətdiyi cinayətlərin sayı həmin dövr üçün ABŞ tarixi üçün rekord rəqəm olub.

Juanın 1955-ci ildə baş verən çay daşqınından sonra psixologiyasının pozulduğu deyilir. Kaliforniyadakı ruhi əsəb dispanserində müalicə alan Juan sərbəst buraxıldıqdan sonra Yuba şəhərində ferma işlədib.

Qeyd edək ki, 1973-cü ildə həbsxana yoldaşının bıçaqlı hücumuna məruz qalan Juan sol gözünü itirmişdi.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.