Dünya

Fevral ayında Gürcüstanda ərzaq məhsulları, alkoqollu içkilər və siqaretin qiyməti artıb

4 Mart 2019 22:44
0 Şərh     Baxış: 917
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fevral ayında Gürcüstanda ərzaq məhsulları, alkoqollu və alkoqolsuz içkilərin, siqaretin qiyməti artıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, ötən ay ölkədə ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 0,1 faiz, alkoqollu içkilər və tütünün qiyməti 6,7 faiz artıb. Bunun əksi olaraq, geyim və ayaqqabıların qiyməti 4,6 faiz ucuzlaşıb.

Məlumatda, həmçinin bildirilir ki, ölkədə illik inflyasiyaya uyğun olaraq ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 2,9 faiz, alkoqollu içkilər və tütünün qiyməti 16,1 faiz, səhiyyə xərcləri 3,4 faiz, nəqliyyat 2 faiz artıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.