Dünya

Gürcüstanda alkoqollu içkilər və tütün bahalaşıb, geyim ucuzlaşıb

4 Mart 2019 13:34
0 Şərh     Baxış: 848
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda fevral ayında inflyasiya 0,3% təşkil edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.

İllik inflyasiya isə 2,3%-ə bərabər olub.

Ötən ay ölkədə ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 0,1%, alkoqollu içkilər və tütünün qiyməti 6,7% artıb, geyim və ayaqqabıların qiyməti isə 4,6% ucuzlaşıb.

İllik inflyasiyaya gəlincə, ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 2,9%, alkoqollu içkilər və tütünün qiyməti 16,1%, səhiyyə xərcləri 3,4%, nəqliyyat xərcləri isə 2% artıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.