Dünya

8 yaşlı qızın mədəsindən 1 kq-lıq tük topası çıxdı - FOTO

4 Mart 2019 12:25
1 Şərh     Baxış: 1 556
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

8 yaşlı qızın mədəsindən 1 kiloqram 300 qramlıq tük topası çıxıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, qarın ağrısı ilə xəstəxanaya müraciət edən qızın mədəsindən tük topası çıxarılıb.

Hadisə Çinin Guanqdonq vilayətində baş verib.

Məlum olub ki, qız 2 yaşından bəri saçını dartıb, udurmuş. O, anasına bu vərdişini tərgidəcəyi barədə söz versə də, vədinə əməl etməyib.

Gün ərzində bir neçə dəfə qusan qız "Donghua" xəstəxanasına çatdırılıb. Əməliyyatla qızın mədəsindəki tük topası çıxarılıb.

Hazırda onun vəziyyəti normaldır.

Milli.Az qızın mədəsinin rentgen şəklini təqdim edir:

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.