Dünya

ABŞ-ı tornadolar və qasırğalar vurdu: 23 ölü - VİDEO - FOTO

4 Mart 2019 09:58
0 Şərh     Baxış: 1 366
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Alabama və Corciya ştatlarını vurmuş tornado nəticəsində 23 nəfər həlak olub.

Həlak olanlar arasında 6 yaşlı uşaq da var. 40 nəfər müxtəlif travmalarla hospitallara yerləşdirilib.

Yaralıların əksəriyyəti Boreqar bölgəsinin sakinləridir.

Milli.Az WSFA-ya istinadən bildirir ki, Alabama ştatındakı Li bölgəsini isə bir saatda iki tornado vurub. Boreqar şəhərində 8 yaşlı uşaq həlak olub.

150 xilasedici yaralıları axtarır.

Yufola şəhərində aeroport və yanğınsöndürmə stansiyası darmadağın olub. Onlarla ev dağılıb, 10 mindən artıq elektroenerji təminatından məhrum qalıb.

Corciya, Florida və Cənubi Karolina ştatlarında da qasırğalar tüğyan edib. Tələfat olmasa da, şəhər infrastrukturuna ciddi ziyan dəyib.

Li bölgəsinin şerifi Cey Consonun dediyinə görə, həlak olanların sayı arta bilər: "Əlimizdən gələni edirik. Çox təhlükəli zonadır. Tornado binalar və evlərə ciddi ziyan vurub".

Alabama ştatının qubernatoru Key Ayvi fövqəladə vəziyyət rejimi elan edib.

ABŞ prezidenti Donald Tramp və qızı İvanka Tramp Twitter-dəki akkauntlarında tornado nəticəsində həlak olanların ailələrinə başsağlığı veriblər.

"Alabamanın və ətraf bölgələrin böyük xalqı: lütən, ehtiyatlı olun və özünüzü qoruyun! Tornadolar və qasırğalar çox güclü idilər. Həlak olanların ailələrinə başsağlığı verirəm. Yaralılara isə deyirəm: Tanrı sizə yar olsun!"

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Торнадо в Алабаме

Торнадо в Алабаме - 1

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.