Dünya

Kanadada tütün şirkətlərinə tarixi cəza: 15,5 milyard dollar

3 Mart 2019 16:43
0 Şərh     Baxış: 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kanadada isthelakçıları siqaretin zərərləri barəsində məlumatlandırmayan üç şirkətə ümumilikdə 15,5 milyard Kanada dolları (təxminən 11,6 milyon ABŞ dolları) məbləğində cəza verilib.

Milli.Az bildirir ki, "Qafqazinfo" "Euronews"a istinadən xəbər verir ki, Qvebek ştatının Apellyasiya Məhkəməsi qərar çıxarıb.

Məlumata görə, ilk dəfə 1998-ci ildə "Imperial Tobacco Canada", "Rothmans Benson & Hedges" və "JTI-MacDonald" şirkətləri barədə məhkəməyə şikayətlər daxil olub. 2012-ci ildən etibarən isə məhkəmə prosesi başlayıb.

2015-ci ildə qərar çıxarılsa da, şirkətlər qərara etiraz ediblər və proses bu vaxta qədər uzanıb.

Qeyd edək ki, hər üç qərara etiraz edərək məhkəmə işini Kanada Ali Məhkəməsinə daşımaq üçün 1 ay vaxt verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.