Dünya

“InSight” zondu ilk dəfə Mars səthində qazma işi aparıb

2 Mart 2019 20:37
1 Şərh     Baxış: 318

NASA-nın "InSight" zondunun HP3 qazma qurğusu ilk dəfə olaraq Mars səthini 18-50 santimetr dərinliyində qazıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Almaniya Aviasiya və Kosmonavtika Mərkəzinin məlumatına əsasən, aparat 4 saat ərzində "qırmızı planetin" səthinə 4 min zərbə endirib.

Soyutma müddətindən sonra tədqiqatçılar qazma işlərinin ikinci mərhələsinə başlamaq niyyətindədir. Yaxın həftələrdə HP3 qurğusu vasitəsilə Mars səthinin 3-5 metr dərinlikdə qazılması planlaşdırılır. Bu, "qırmızı planetin" dərinliyindən gələn istilik axınını ölçməyə imkan verəcək.

"InSight" zondu ötən ilin may ayında start götürüb və noyabrda Marsın "Elysium Planitia" dağətəyi rayonuna enib. Seysmometr və digər cihazlarla təchiz edilən aparat Marsın geoloji quruluşunu tədqiq etmək üçün nəzərdə tutulub.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Faradey · 2 Mart 21:2700

    Əcnəbi seyrə balonlarla çıxır, biz hələ avtomobil minməyiriz. Allah sənə rəhmət etsın dahi Sabir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.