Dünya

Nənəsinin sevgilisi tərəfindən zorlanan 11 yaşlı qız doğdu - Argentinada

1 Mart 2019 10:49
6 Şərh     Baxış: 3 745
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Argentinada biabırçı hadisə baş verib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, 11 yaşlı qız nənəsinin 65 yaşlı sevgilisi tərəfindən zorlanıb. Sonra isə hamilə qalan uşaq dünyaya körpə gətirib. Həbs edilən cani isə həbsxanaya göndərilib.

Hadisə Tukuman şəhərində baş verib. 11 yaşlı qız nənəsinin 65 yaşlı sevgilisi Eliseo Viktor Amaya tərəfindən zorlanıb. Uşaq qarın ağrısı diaqnozu ilə xəstəxanaya aparılıb və onun 23 həftəlik hamilə olduğu üzə çıxıb. İfadə verən qız 65 yaşlı Eliseo tərəfindən zorlandığını bildirib. Polis Eliseonu saxlayıb və məhkəmənin hökmü ilə həbs edərək həbsxanaya göndərib.

Abortun bəzi vəziyyətlərdə icazə verildiyi Argentinada psixiatrın müşayəti ilə 11 yaşlı qızdan abort istəyib-istəmədiyi soruşulub. Səhiyyə nazirliyinin icazəsindən sonra 11 yaşlı qız doğuş edib. Hazırda 11 yaşlı qız və körpəsi xəstəxanada müalicə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.