Dünya

Gürcüstan hökuməti “Dəmirqaya”ya status verdi - FOTO

28 Fevral 2019 23:56
0 Şərh     Baxış: 1 499
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın Marneuli rayonunun Qasımlı kəndində yerləşən "Dəmirqaya" adlandırılan yaşayış yerinə mədəni irs abidəsi statusu verilib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentliyi məlumat yayıb.

Yaşayış məskəni eramızdan əvvəl V-IV minilliyə, Eneolit dövrünə aiddir. Dağ yamacında yerləşən mağaranın sahəsi 5,5 metr X 7,3 metr, daxili məkanın sahəsi isə 3,6 metr X 5,5 metr təşkil edir.

Mağaranın daxilində mərkəzi və şərqi hissəsində aydın seçilən qırmızı rəngdə olan rəsmlərə rast gəlinir. Onların arasında maral və digər heyvanların rəsmləri var.

Gürcüstanın Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentliyi qədim yaşayış məskəninin insanların təsirinə məruz qalmaması məqsədilə onu hasarlayacaq və yaxınlığında mağaranın mədəni irs abidəsi olmasını özündə əks etdirən məlumat lövhəsi quraşdıracaq.

"Dəmirqaya" yaşayış yeri Gürcüstanda qədim qayaüstü rəsmlərin olduğu yeganə məkandır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.