Dünya

"İŞİD darmadağın edilib" - BMT

28 Fevral 2019 22:22
1 Şərh     Baxış: 681
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İŞİD terror qruplaşması darmadağın edilib, amma onun dirçəlişi təhlükəsi qalır.

Milli.Az "Report"a istinadən bildirir ki, belə xəbərdarlıqla BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Qeyr Pedersen beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasında çıxış edib.

"Sülh nailiyyəti ilə bağlı məsələ öz miqyası və çətinliyinə görə böyükdür. İŞİD öz yerində məğlub edilib, amma təcrübə göstərir ki, o, yenidən yarana bilər", - deyə o bildirib.

Qeyd edək ki, ABŞ və müttəfiqləri 2014-cü ildən Suriyada və İraqda bu ölkələrin hakimiyyətlərinin razılığı olmadan İŞİD-ə qarşı mübarizə aparır. Daha əvvəl bildirilib ki, ABŞ qoşunlarını Suriyadan çıxarmağa başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.