Dünya

"Saudi Aramco": Neft tələbatı kəskin artacaq

27 Fevral 2019 21:11
0 Şərh     Baxış: 824
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qlobal neft tələbatı kəskin artacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco"nun baş icraçı direktoru Amin Al Nasser Londonda işə başlayan ənənəvi Beynəlxalq Neft Həftəsində (IPWEEK) deyib.

O, neft tələbatının kəskin artacağına inanır: "Tələbatdakı böyük artımın əsas hissəsinin nəqliyyat sektorunda olacağı gözlənilir. Neft sənayesinin sona çatdığına dair açıqlamalar reallıq və ya məntiqlə dəstəklənmir. Bu, bazar üzərindəki təzyiqlərin bir əksidir. Neftə olan tələbatın yenidən maksimuma çatacağına dair proqnozların şişirdildiyini düşünürəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.