Dünya

Misirdə qatar alışıb: 24 ölü, 50 yaralı - YENİLƏNİB

27 Fevral 2019 13:27
0 Şərh     Baxış: 1 436
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:27

Misirin paytaxtı Qahirənin mərkəzi vağzalında güclü yanğın baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisəyə səbəb qatarın yanacaq daşıyan sisternlə toqquşması olub.

Toqquşmadan sonra partlayış qeydə alınıb. Yanğın nəticəsində 24 nəfərin öldüyü, 50-yə yaxın şəxsin xəsarət aldığı bildirilir.

Hazırda vağzal təxliyə olunub. Qataralrın hərəkətində problem yaranıb.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

12:57

Misirdə dəmiryol stansiyasında yanğın baş verib.

Milli.Az bildirir ki, Mirror-un təcili xəbərinə görə İsgəndəriyyədən Qahirənin ən iri dəmiryol stansiyası - "Ramsis"ə gedən qatar platformaya çatanda alışıb.

İlkin məlumata görə hadisə nəticəsində 15 nəfər ölüb, 20-dən çox yaralı var.

Sosial şəbəkələrdə hadisə ilə bağlı görüntülər yayılıb. Fotolarda bir neçə nəfərin hərəkətsiz halda platformada uzanması əks olunub.

Bəxtiyar Umarlı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.