Dünya

Qızını, oğlunu, bacısını və bacısı uşaqlarını öldürən qadının FOTOsu və qəribə cinayət səbəbi

27 Fevral 2019 10:44
0 Şərh     Baxış: 8 528
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün 2 qadının 5 ailə üzvünü öldürməsi ilə bağlı məlumat vermişdik.

Milli.Az The Sun-a istinadla xəbər verir ki, cinayəti törədən ana ilə qızın polis idarəsində çəkilən fotoları əldə olunub.

ABŞ-ın Pensilvaniya ştatının Morrisvil səmtində yerləşən binaya gələn polislər mənzildən 5 cəsəd tapıblar. Cəsədlər arasında 2 yaşlı əkizlər də olub.

Cinayətdə şübhəli kimi 45 yaşlı Shana Decree və 19 yaşlı qızı Dominique saxlanılıb. Qadın digər qızını, oğlunu, bacısını və bacısıuşaqlarını qətlə yetirib.

Dominique ifadəsində bildirib ki, onun anası 3 nəfəri öldürdükdən sonra bacısı Jamelia 1 nəfəri öldürüb, anası da Jamelia-nı boğub.

Ağır bədən xəsarəti ilə xəstəxanaya çatdırılan Dominique özünə gələndə həkimlərdən ailə üzvlərinin sağ olub-olmaması barədə soruşub. O, daha sonra: "ölmək istəyirəm", - deyib.

Shana Decree iddia edir ki, cinayətin səbəbkarı Jamilla Campbellin sevgilisi və başqa iki adlarını bilmədiyi kişilərdir.

O, sonra ifadəsini dəyişərək polislərə azyaşlı əkizlər də daxil evdəki hər kəsin ölmək istədiyini və intihar barədə düşündüklərini söyləyib.

Daha sonra ana ilə qızı cinayəti etiraf etmək məcburiyyətində qalıblar.

Bəxtiyar Umarlı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.