Dünya

"Vitol Group": Neftin qiyməti artmaqda davam edəcək

25 Fevral 2019 21:41
0 Şərh     Baxış: 879
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hasilatın azaldılması, eləcə də ABŞ-ın İran və Venesuelaya qarşı sanksiyaları fonunda neft emalı zavodlarının ehtiyac duyduqları həcmdə xam neftlə təchiz edilməməsi neftin qiymətində artıma səbəb olacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dünyanın ən böyük enerji treydinq şirkətlərindən olan "Vitol Group"un icraçı direktoru Russell Hardy bu fikirdədir.

Qeyd edək ki, OPEC və müttəfiqlərinin ilin əvvəlindən neft istehsalını azaltmalarının tədarük bolluğuna dair narahatlıqları aradan götürməsi nəticəsində "qara qızıl"ın qiyməti cari ildə təxminən 26 faiz artıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.