Dünya

Yay Olimpiya Oyunlarında siqaret çəkmək qadağan olunacaq

24 Fevral 2019 11:53
0 Şərh     Baxış: 812
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tokio-2020 Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsi yarışların keçiriləcəyi yerlərdə və ətraf ərazilərdə siqaret çəkilməsini tamamilə qadağan etməyi planlaşdırır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, əvvəlcə təşkilat komitəsi yalnız olimpiya yarışlarının keçiriləcəyi obyektlərin içərisində siqaret çəkilməsinin qadağan edilməsini müzakirə edirdi. Bununla yanaşı, təşkilat komitəsi tamaşaçılar və xidməti personalı üçün siqaret çəkmək məqsədilə xüsusi yerlər ayrılmasını nəzərdə tuturdu.

Lakin hazırda təşkilat komitəsinin üzvləri bütün olimpiya obyektlərində və onların ətrafında siqaret çəkilməsini qadağan etmək niyyətindədirlər.

Bildirilir ki, bu qərar Beynəlxalq Olimpiya Komitəsinin və Beynəlxalq Səhiyyə Təşkilatının siyasəti ilə üst-üstə düşəcək. Bu iki təşkilat Olimpiya Oyunları zamanı siqaretin qadağan edilməsini təbliğ edir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.