Dünya

3 BMT sülhməramlısı güllələndi

23 Fevral 2019 23:43
0 Şərh     Baxış: 662
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Millətlər Təşkilatının sülhməramlı missiyasına hücum nəticəsində 3 nəfər öldürülüb.

Milli.Az modern.az-a istinadən bildirir ki, hadisə Malinin cənubunda baş verib. Naməlum silahlı şəxslərlə insident  paytaxt Bamakodan cənub-qərbdə, Sibu kəndində qeydə alınıb.

Daha bir sülhməramlı isə ağır yaralanıb.

Missiya rəhbəri Maxamat Saleh Annadif baş verən hadisəni qəti şəkildə qınayıb və ölənlərin ailələrinə başsağlığı verib.

Qeyd edək ki, missiya 2013-cü ilin aprelində təsis olunub və Malidə təhlükəsizlik məsələlərini yerinə yetirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.