Dünya

ABŞ bu ölkənin məmurlarına sanksiya tətbiq etdi

23 Fevral 2019 21:26
0 Şərh     Baxış: 756
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Konqo Demokratik Respublikasının (KDR) bəzi rəsmilərinə "seçkiləri saxtalaşdırdığını və insan haqlarını pozduğu"nu əsas gətirərək sanksiya tətbiq edib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, ABŞ Dövlət Departamenti bununla əlaqədar bəyanat yayıb.

Bəyanatda ABŞ-ın ölkədə dəyişiklik məsələsində KDR xalqının yanında olduğu bildirilir. Həmçinin xalqın seçkilərdə dəyişiklik iradəsi və hesabatlı, şəffaf dövlət qurmaq arzusuna dəstək ifadə edilir.

Bununla belə, seçki müddətində və şəffaflığın qorunması mövzusunda ABŞ-ın narahatlığı dilə gətirilir, prezident seçkiləri müddətində rüşvətə bulaşdıqları səbəbindən bir çox KDR-in dövlət rəsmilərinə ABŞ-a daxil olmaq qadağan edilir.

Əsas sanksiya isə KDR-in Mərkəzi Seçki Komissiyasının sədri və digər şəxslərə tətbiq olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.