Dünya

Londondan Berlinə: Ər-Riyada qarşı embarqonu ləğv edin!

23 Fevral 2019 18:54
0 Şərh     Baxış: 528
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın Səudiyyə Ərəbistanına silah tədarük etməkdən imtina etməsi Berlinlə London və Paris arasında gərginlik yaradıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

"Britaniya hökuməti hətta Almaniya hakimiyyətini NATO çərçivəsində öhdəliklərini icra etməyə mane yaratmaqda ittiham edib. London və Paris hazırda Almaniyanın Səudiyyə Ərəbistanına silah tədarükünü azaltmasının qarşısını almağa çalışır" - deyə mənbə bildirib.

Qeyd edək ki, Almaniya bundan öncə 2018-ci ilin oktyabrında Səudiyyə Ərəbistanına silah embarqosu tətbiq edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.