Dünya

11 ildir axtarılan “vor zakon”un köməkçisi tutuldu

23 Fevral 2019 18:14
0 Şərh     Baxış: 1 902
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Barnaul şəhərində 11 ildir axtarışda olan "vor zakon"un köməkçisi tutulub.

Milli.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, 41 yaşlı cinayətkara hələ 2008-ci ildə Kemerovsk rayon məhkəməsində hökm oxunub. "Qanuni oğru" ilə birlikdə daha 11 nəfər barəsində həbs qərarı verilib.

Cinayətkar dəstənin adı açıqlanmayan üzvü isə illərdir gizlənirmiş. Polis məhz hansı kriminal avtoritetdən söhbət getdiyini açıqlamasa da, onun 2011-ci ildə 16 il müddətinə mühakimə olunan "vor zakon" Salihcan Şamazov olduğu ehtimal olunur. Əgər məhkəmə həmin şəxsi günahkar bilərsə, o zaman onu 15 il iş gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.