Dünya

Malidə silahlı hücum: BMT-nin 3 sülhməramlısı öldü

23 Fevral 2019 17:44
0 Şərh     Baxış: 569
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Malinin cənubunda naməlum silahlı şəxslərin BMT-nin sülhməramlı missiyasına hücumu nəticəsində 3 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, insident cümə günü axşam saatlarında paytaxt Bamakodan cənub-qərbdə, Sibu kəndində qeydə alınıb.

Daha bir sülhməramlı isə ağır yaralanıb.

Missiya rəhbəri Maxamat Saleh Annadif baş verən hadisəni qəti şəkildə qınayıb və ölənlərin ailələrinə başsağlığı verib.

Qeyd edək ki, missiya 2013-cü ilin aprelində təsis olunub və Malidə təhlükəsizlik məsələlərini yerinə yetirir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.