Dünya

Ata futbola baxan vaxt ağlayan qızını öldürdü - FOTO

23 Fevral 2019 13:34
2 Şərh     Baxış: 2 543
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

4 aylıq qızını öldürən ataya hökm oxunub.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, 4 aylıq qızı Hope Sofianı öldürən Neil Smith ömürlük azadlıqdan məhrum edilib.

İngiltərədə, Vest Midlandda yaşayan 33 yaşlı ata qızını öldürdüyünə görə ömürlük həbs cəzası alıb.

Neil xanımı işdə olarkən qızına ağır xəsarət yetirib. Qadın evə gələndə qızını huşsuz vəziyyətdə tapıb. 4 aylıq uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Atanın qızını öldürmə səbəbi kimi onun həmin gün matça baxdığı zaman qızın ağlaması göstərilir.

Milli.Az fotoları təqdim edir:

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.