Dünya

Gürcüstanın hakim partiyası parlamentdəki çoxluğu itirir

22 Fevral 2019 18:29
0 Şərh     Baxış: 656
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın hakim Gürcü Arzusu Partiyası parlamentdə çoxluğu itirir.

Milli.Az report-a istinadən xəbər verir ki, Gürcüstan Konstitusiyasına əsasən, çoxluq 113 deputatdan ibarət olmalıdır.

Hakim Gürcü Arzusu Partiyasının hazırda qanunverici orqanda 115 deputatı var. Deputatlar Eka Beselia, Levan Qoqiçaşvili və Beka Natsvlişvili parlament çoxluğunu tərk etdikləri barədə bəyanatla çıxış ediblər.

Deputat Gedevan Popxadzenin də çoxluqdan gedəcəyi gözlənilir. O, bununla bağlı fevralın 25-də açıqlama verəcək.

Gürcü Arzusu Partiyasının parlamentdəki çoxluğunu itirməsini şərh edən vitse-spiker Tamar Çuqoşvili bunun faciə olmayacağını bildirib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.