Dünya

Paşinyan Lukaşenkonun namizədinə qarşı çıxır

22 Fevral 2019 16:19
0 Şərh     Baxış: 1 443
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) baş katib təyinatı məsələsi hələ də həll edilməyib. Son vaxtlar Yerevanla Minsk arasında bu məsələdə fikir ayrılığı yaranıb. Buna səbəb Ermənistanın təşkilatdakı nümayəndəsi, eyni zamanda, KTMT-nin baş katibi Yuri Xaçaturovu geri çağırması olub.

Ermənistan 2020-ci ilədək səlahiyyətlərini qorumaqda israrlıdır. Eyni zamanda, Belarus bu posta öz namizədini təklif edir. Həmin şəxs Belarus Təhlükəsizlik Şurasının katibi Stanislav Zasdır. Hazırda təşkilatın baş katibi vəzifələrini müvəqqəti olaraq Valeriy Semerikov icra edir. 

"2020-ci ilədək KTMT-nin baş katibi vəzifələrini müvəqqəti olaraq Valeriy Semerikov icra edəcək", - bu məlumatı "Kommersant" qəzetinə Rusiya Xarici İşlər Nazirliyindəki mənbə verib. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, xəbəri KTMT-yə yaxın mənbələr də təsdiqləyib. 

"Təyinatın növbəti ildə olacağını gözləyirik. Təşkilatda kollaps və stupor yoxdur, planlara uyğun işlər gedir", - mənbə qeyd edib. 

"Kommersant"ın yaxın vaxtlarda Ermənistan baş naziri Nikol Paşinyanla Stanislav Zasın görüşünün olub-olmayacağı ilə bağlı sualı cavablandıran Ermənistan XİN-in rəsmi nümayəndəsi Anna Naqdalyan Ermənistan baş nazirinin mətbuat katibi Vladimir Karapetyanın belə bir görüşlə bağlı razılığın olmadığına dair fikirlərini təkrarlayıb. 

S.Zasın namizədliyi təşkilata üzv olan altı ölkədən beşi tərəfindən dəstəklənib (KTMT-nin üzvləri Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Ermənistandır). 

Ermənistan baş naziri Nikol Paşinyan isə ötən ilin dekabrında Zası qəbul etməkdən imtina edib. 

Xatırladaq ki, fevralın 14-də Belarus XİN-in mətbuat katibi Anatoli Qlaz jurnalistlərə açıqlamasında KTMT-yə yeni baş katibin təyinatı məsələsinin tezliklə həll edilməsinin vacibliyini bildirib.

Qeyd edək ki, 1964-cu ildə Ukraynada doğulan Zas 1985-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib. 

Stanislav Zas 2008-ci ilin avqustunda Belarus Dövlət Təhlükəsizlik Şurasının katibinin müavini təyin edilib. O, Belarus Təhlükəsizlik Şurasının dövlət katibi kimi bir neçə dəfə Bakıda səfərdə olub və şəxsən Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.