Dünya

Şarm-əş-Şeyx hasarlanır - VİDEO

22 Fevral 2019 16:39
0 Şərh     Baxış: 967
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misir hökuməti Şarm-əş-Şeyx kurortu ətrafında hündür beton divarın inşası üzrə işlərə start verib.

Milli.Az bu barədə oxu.az-a istinadən xəbər verir.

Nəşrin yazdığına görə, Cənubi Sinay bölgəsinin qubernatoru belə bir tikintinin getdiyi ilə bağlı xəbərləri təkzib edir. Lakin fotoşəkillər və videokadrlar bunun əksini sübut edir. Beton divarın hündürlüyü altı metrə yaxındır.

"Bu, divar deyil. Bizdə divar yoxdur", - deyə qubernator Xalid Fuda bildirib. Onun sözlərinə görə, layihədə dörd gözəl darvazası olan hündür beton maneə və 37 kilometrlik tikanlı məftilli çəpərlərin inşası nəzərdə tutulur.

Qubernatorun dediyinə görə, bu, Şarm-əş-Şeyxə həm gözəllik qatacaq, həm də təhlükəsizliyi təmin etməyə kömək edəcək.

Yerli sakinlər isə qurulan divarın kurortu heç də təhlükəsiz etməyəcəyini və terrorçuların qarşısını almayacağını, əksinə, insanları qıcıqlandıracağını bildirir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Misir məşhur kurortunu hündür divarla hasarlayır

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.