Dünya

Ermənistanda intihara cəhdlərin sayı 20 faiz artıb

22 Fevral 2019 14:25
2 Şərh     Baxış: 579
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda intihar cəhdlərinin sayı 20 faiz artıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Ermənistan Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinin kapitanı Tiqran Sarkisyan bildirib.

Onun sözlərinə görə, 2018-ci ildə baş verən 500 intihar cəhdindən 108-i ölümlə nəticələnib: "Özünü öldürənlər, əsasən, 40-60 yaşlı kişilərdir. Onlar da daha çox özünü asmaqla intihar edirlər".

T.Sarkisyan deyib ki, intihar cəhdləri, əsasən, Yerevan, Şirak və Lori vilayətlərində qeydə alınıb.

Psixoloq Arkadi Mehrabyan vurğulayıb ki, ölkədə baş vermiş intihar halları daha çox sosial-iqtisadi vəziyyətin ağırlığı ilə bağlıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.