Dünya

Ağ Ev ABŞ və KXDR arasında keçiriləcək sammitinin məqsədini açıqlayıb

22 Fevral 2019 08:04
0 Şərh     Baxış: 579
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Tramp Koreya yarımadasının bütün sakinləri üçün parlaq və təhlükəsiz gələcəyə nail olmağa çalışır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ağ Evin ABŞ və Koreya Xalq Demokratik Respublikası arasında Hanoyda keçiriləcək sammitlə bağlı yaydığı bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Böyük imkanlar: Prezident Donald Tramp Koreya yarımadasının və dünyanın bütün sakinləri üçün parlaq və təhlükəsiz gələcəyə nail olmağa çalışır. Sammitin məqsədi - Sinqapurda iki liderin üzərlərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsində gələcək irəliləyiş: münasibətlərin dəyişdirilməsi, möhkəm və sabit dünya və Koreya yarımadasının tam denuklearizasiyası".

Qeyd edək ki, ABŞ və Koreya Xalq Demokratik Respublikasının iderləri Donald Tramp və Kim Çen Inın ikinci görüşü 27-28 fevral tarixlərində Hanoyda keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.