Dünya

Telman İsmayılov agentliklə olan məhkəməni uduzdu

21 Fevral 2019 19:24
0 Şərh     Baxış: 1 559
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çerkizov" bazarının keçmiş sahibi Telman İsmayılov "Rosbalt" informasiya agentliyi əleyhinə qaldırdığı məhkəmə prosesini uduzub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, işə Sankt-Peterburqun Smolensk məhkəməsində baxılıb. Hakim Aleksandra Zaplatina İsmayılovun şərəf və ləyaqətin pozulması, işgüzar imicin zədələnməsi ittihamlarını və haqqında yazılmış məlumatların saytdan silinməsi tələbini rədd edib. Azərbaycanlı iş adamı "Rosbalt"dan mənəvi ziyana görə 1 milyon rubl təzminat da tələb etmişdi. 

Xatırladaq ki, İsmayılovu iki nəfərin qətlində, silah saxlanılması və müğənni Avraam Russonun oğurlanmasında ittiham edən yazılar "Rosbalt" saytında yayımlanmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.