Dünya

Avropa şirkətlərinin əksəriyyəti karbon qazı tullantılarını azaltmaq istəmir

22 Fevral 2019 02:30
0 Şərh     Baxış: 870
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa şirkətlərinin əksəriyyəti atmosferə karbon qazı buraxılmasını azaltmaq istəmir, hərçənd onların 80 faizi iqlim dəyişikliklərini biznes üçün təhlükəli amil hesab edirlər. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər karbon qazı tullantıları haqqında informasiyaların açıqlanması Layihəsi (Carbon Disclosure Project, CDP) üzrə illik tədqiqatın nəticələrində yer alıb.

Aparılan sorğunun nəticələrinə görə, qarşısına iqlim hədəfləri qoymuş şirkətlərin yalnız üçdəbir hissəsi 2025-ci ilədək dövrə aid ekoloji proqram hazırlayıb. Cari ildə CDP tədqiqatında 23 ölkədən 849 şirkət iştirak edib ki, onların məcmu tullantılarının həcmi təxminən 2,3 milyard tondur.

CDP-nin Avropa üzrə idarəçi direktoru Stiven Tebbe regionun biznes seqmentində ekoloji informasiyanın yayılmasını müsbət qiymətləndirib. Belə ki, hazırda CDP siyahısının yarısı ən yaxşı ekoloji göstəricilərə malik olan Avropa şirkətlərindən ibarətdir.

Sorğuya cəlb olunmuş şirkətlərin üçdəbir hissəsində karbon qazı tullantılarının artdığı və 53 faizində hələ də iqlim hədəflərinə nail olunmadığı göstərilsə də, onların 58 faizi 2018-ci ildə tullantıların həcminin azaldığını bəyan ediblər. Ümumilikdə, karbon qazının atmosferə buraxılması 85 milyon ton azalıb və bu, Avstriya kimi ölkənin illik çirklənmə həcminə bərabərdir.

CDP beynəlxalq qeyri-kommersiya təşkilatı kimi ətraf mühitin çirklənməsini öyrənir və şirkətlərin təqdim etdikləri informasiyanın dolğunluğunu qiymətləndirir. Buraya onların ekoloji risklərlə bağlı məlumatlı olması və idarəçiliyi, həmçinin ətraf mühitin mühafizəsi üzrə liderliyə dair qabaqcıl təcrübələr daxildir. CDP, habelə şirkətləri və hökumətləri zərərli qazların atmosferə buraxılmasının azaldılması, su ehtiyatlarına qənaət edilməsi və meşələrin qorunması üzrə də stimullaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.