Dünya

Münhendə atışma: 2 nəfər öldü

21 Fevral 2019 15:03
0 Şərh     Baxış: 534
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın Münhen şəhərində törədilən silahlı hücum nəticəsində 2 nəfər ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, yerli KİV-in məlumatına görə, inşaat meydançasında baş verən hadisə zamanı naməlum şəxs əvvəl başqasına, sonra da özünə atəş açıb. Onların hər ikisi ölüb.

Yerli polis sözçüsü Sven Müller "Reuters"ə hadisədə hər hansı terrorçuluq əlamətinin aşkarlanmadığını qeyd edib.

Vəziyyətin nəzarət altında olduğunu açıqlayan polis bununla belə, sakinlərə həmin yerdən uzaq durmağı tövsiyə edib. 

Araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.