Dünya

Nazirlərdən baş nazirə xəbərdarlıq: “Qiyam olacaq”

21 Fevral 2019 15:04
0 Şərh     Baxış: 1 011
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın əmək və pensiyalar naziri Ember Radd, ədliyyə naziri Devid Qok, biznes və energetika naziri Qreq Klark və Şotlandiya məsələləri üzrə nazir Devid Mandell baş nazir Tereza Meyə xəbərdarlıq ediblər ki, martın 29-dək Brüssellə razılıq əldə olunmasa belə, Britaniyanı Avropa İttifaqından sazişsiz çıxarmasın.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, nazirlər əks halda Meyin gələn həftə parlamentin qiyamı ilə üzləşəcəyini deyiblər. Hətta bildiriblər ki, onlar özləri və hökumətin digər 20 naziri palamentin "Brexit" prosesinə nəzarəti ələ keçirməsi ilə bağlı müxalif Leyboristlər Partiyasının hüquqşünası İvet Kuperin planını dəstəkləyəcəklər. 

Bu səbəbdən məsləhət görüblər ki, Mey Lissabon Müqaviləsinin 50-ci maddəsini uzatmaqla "Brexit" prosesini yubatsın və boşanma anlaşması ("Brexit" sazişi) üzrə danışıqları yeniləmək üçün London daha çox vaxt qazansın. 

Qeyd edək ki, "Brexit" üzrə referendum 2016-cı ilin iyununda keçirilib və əhalinin 51,9 faizi Böyük Britaniyanın Aİ-dan çıxmasının lehinə səs verib. "Brexit" prosesi rəsmən 2019-cu lin 29 martında başa çatacaq və Britaniya ilə Aİ 2020-ci ilin 31 dekabrınadək keçid dövrünə qədəm qoyacaq. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.