Dünya

Rusiyalı və avropalı alimlər Marsda böyük buz ehtiyatı aşkar ediblər

21 Fevral 2019 14:45
0 Şərh     Baxış: 1 782
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ExoMars-TGO" Rusiya-Avropa zondu Marsın səthində suyun bölgüsünün detallı xəritəsini tərtib edib və bir neçə böyük su buzu ehtiyatı aşkarlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, rusiyalı alimlər müşahidələrin nəticələri barədə Moskvada keçirilən Rusiya Elmlər Akademiyasının Kosmos Şurasının növbəti iclasında bildiriblər.

"Marsda, təxminən, üçdə bir su buzundan ibarət bir neçə böyük sahə olduğunu göstərdik. Onlardan ikisi planetin əks tərəfində - şimal və cənub yarımkürəsində yerləşir. Sıfır dərəcə meridianda və planetin ekvatorunda olana "Böyük su ərazisi" adını verdik", - Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunın nümayəndəsi İqor Mitrofanov deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.