Dünya

Paşinyan həmsədrlərlə Qarabağ münaqişəsini müzakirə etdi

20 Fevral 2019 21:17
0 Şərh     Baxış: 1 123
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın Baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupunun həmsədrləri - Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endryu Şefer (ABŞ), habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.

Milli.Az report-a istinadən xəbər verir ki, görüş zamanı Baş nazir Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq vasitəçilərin mühüm işlər gördüyünü bildirib.

Tərəflər münaqişənin həlli üçün əlverişli ab-hava yaratmaqla bağlı fikir mübadiləsi apararaq bundan sonra atılacaq addımları müzakirə ediblər. Həmçinin münaqişə bölgəsində atəşkəs rejiminin qorunub saxlanılması barədə razılaşmalara əməl olunmasının vacibliyi də vurğulanıb.

Xatırladaq ki, İrəvandan sonra həmsədrlər Bakıya gələcəklər.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.