Dünya

İrandan ABŞ-a Qaşıqçı xatırlatması: Parçalanmış...

20 Fevral 2019 19:59
0 Şərh     Baxış: 930
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Səudiyyə Ərəbistanına qarşı siyasəti riyakarlığını əks etdirir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.

"İrana aydın olan məsələlər hər ötən gün bütün dünyaya daha çox aydın olmağa başlayır. Nə insan hüquqları, nə də nüvə proqramı ABŞ-ın əsl qayğısıdır. Əvvəlcə parçalanmış jurnalist, indi də Səudiyyə Ərəbistanına nüvə texnologiyalarının qeyri-qanuni satışı ABŞ-ın riyakarlığını əks etdirir", - Zərif bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.