Dünya

Yaponiya Pakistana 10 milyon dollar yardım edəcək

20 Fevral 2019 21:20
0 Şərh     Baxış: 779
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiya ilə BMT arasında Pakistanda qida çatışmazlığının aradan qaldırılması və həyat şəraitinin yüksəldilməsini nəzərdə tutan 10,6 milyon dollarlıq yardıma dair anlaşma imzalanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, anlaşma İslamabadda imzalanıb. Anlaşmaya əsasən, yardımın bir hissəsi Hayber-Paxtunxva əyalətinin 155 min sakininin ərzaq təminatına sərf olunacaq. Bununla bərabər, ölkənin ən kasıb əyalətlərində həyat şəraitinin yaxşılaşdırılması da nəzərdə tutulur. Təxminən 21 min nəfərin yaşadığı Kurram ve Orakzay bölgələrində iş yerlərinin açılması da anlaşmada öz əksini tapıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.