Dünya

Yaponiyada yaşayan əcnəbilər arasında sorğu aparılacaq

20 Fevral 2019 22:08
0 Şərh     Baxış: 700
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiya hökuməti apreldə ayından etibarən əcnəbi işçilərin ölkəyə çox sayda qəbulu ilə əlaqədar hazırlıq işləri çərçivəsində hazırda bu ölkədə yaşayan əcnəbilər arasında sorğu aparmağı planlaşdırır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatın məqsədi əcnəbilərlə əlaqədar vəziyyəti araşdırmaqdır. Qeyd edilir ki, tədqiqat zamanı Yaponiyada yaşayan əcnəbilərə sorğular əks olunan anket göndəriləcək. Bu suallar arasında onların gündəlik həyatlarında qarşılaşdıqları çətinliklər, xoşagəlməz hallar xüsusi yer tutacaq. Anketdə, həmçinin əcnəbilərin Yaponiyada olduqları müddətdə diskriminasiya halları ilə qarşılaşmaları barədə sual veriləcək.

Nazirlik sorğunun nəticələri əsasında əcnəbiləri dəstəkləyəcək tədbirlərin hazırlanmasını nəzərdə tutur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.