Dünya

Polşa hökuməti İsrailin üzr istəməsini gözləyir

20 Fevral 2019 23:02
1 Şərh     Baxış: 1 122
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin xarici işlər naziri səlahiyyətlərini icra edən İsrael Kas ölkəsinin "13-cü kanal"na müsahibəsində Polşadakı yəhudilərin qətliamında polşalıların nasistlərlə əlbir olduqlarını iddia edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu da Polşada səfərdə olarkən oxşar ittihamlar səsləndirmişdi və bu səbəbdən Polşanın Baş naziri Mateuş Moraveskiy İsraildə keçiriləcək beynəlxalq sammitdə iştirak etməyəcəyini bildirmişdi. Baş nazirin dəftərxanasının rəsmi açıqlamasında bildirilir ki, Polşa İsraildə keçiriləcək Vişeqrad sammitində yalnız xarici işlər naziri səviyyəsində təmsil oluna bilər.

Polşanın xarici işlər nazirinin müavini Şimon Şinkovski isə İsraildən rəsmi açıqlama və üzr gözlədiklərini deyib.

"Vesti" agentliyinin məlumatına görə isə, Polşa prezidenti Andjey Duda da Vişeqrad sammitinin digər iştirakçıları olan Çexiya, Slovakiya və Macarıstanı tədbirin İsraildə keçirilməsini boykot etməyə çağırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.