Dünya

İranda qiymətlər bahalaşdı

20 Fevral 2019 22:44
3 Şərh     Baxış: 2 001
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda meyvə və tərəvəzin ixracının artması qiymətlərin bahalaşmasına səbəb olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə İranın Meyvə və Tərəvəz Satıcıları Birliyinin sədri Əsədullah Kargar yerli mətbuata müsahibəsində deyib. Onun sözlərinə görə, ticarətçilər birbaşa kəndlərə gedərək istehsalçıdan tərəvəzi alır və ixrac edir. Bu daxili bazara çıxarılan məhsulun həcmini azaldır və nəticədə qiymətlər yüksəlir. Ə.Kargar deyib ki, İranın cənubu il boyu meyvə və tərəvəz yetişdirilən yeganə yerdir. Ötən il aramsız yağan yağışlar əkin sahələrinə ciddi ziyan vurub. Məhsuldarlıq aşağı düşüb ki, bu da bahalaşmada öz rolunu oynayıb.

Hazırda Tehran bazarlarında 1 kiloqram pomidorun qiyməti 50 min realdır (2 ABŞ dolları).

Xatırladaq ki, son dövrlər İranda yüksək inflyasiya və qiymətlərin bahalaşması müşahidə olunur. Müxtəlif ədviyyatların, xurmanın, püstə və digər çərəz növlərinin qiymətləri kəskin artıb. Ən çox bahalaşan isə ərzaq məhsullarıdır.

Artıq şəkər tozu, qənd, düyü və başqa ərzaq mallarının ixracına qadağa qoyulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.