Dünya

Qahirədə terrorçunun özünü partlatdığı an kameralara düşdü - VİDEO

19 Fevral 2019 19:17
0 Şərh     Baxış: 3 404
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müşahidə kamerasına düşmüş görüntüdə iki polis əməkdaşının velosipeddə olan və özünü şübhəli aparan kişiyə yaxınlaşmalarını, onu saxlamağa çalışdıqları an partlayışın baş verdiyini görmək olur.

Milli.Az Ozu.az-a istinadən bildirir ki, terrorçu kamikadzenin 37 yaşlı Həsən Abdulla olduğu müəyyənləşib. Misir Daxili İşlər Naziliyinin bəyanatına əsasən, terrorçu partlayışı törətməzdən bir neçə saat əvvəl asayiş keşikçilərinin nəzərini cəlb edib. Onun velosipedi ilə şəhərdə gəzərək, hücum üçün hədəf axtardığı bildirilir.

Rəsmi məlumata əsasən, hadisə nəticəsində iki polis əməkdaşı həlak olub, üç nəfər yaralanıb. Ancaq Abdullanın intihar partlayışı törətdiyi dəqiq deyil. Belə ki, onun üzərindəki kustar üsulla hazırlanmış partlayıcı qurğunun ehtiyatsızlıq nəticəsində işə düşdüyü istisna edilmir.

Oxşar hadisə Qahirədə ötən ilin sentyabr ayında da qeydə alınıb. Terrorçu içində partlayıcı qurğu olan çantanı hasardan ABŞ səfirliyinin ərazisinə atmağa çalışsa da, o, vaxtından əvvəl işə düşüb.

Videonu izləmək üçün şəklə klikləyin:
Qahirədə terrorçunun özünü partlatdığı an kameralara düşdü

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.