Dünya

Gürcüstan və Fransa prezidentləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər

19 Fevral 2019 18:19
0 Şərh     Baxış: 959
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransada işgüzar səfərdə olan Gürcüstan Prezidenti Salome Zurabişvili fransalı həmkarı Emanuel Makronla görüşüb.

Milli.Az report-a istinadən xəbər verir ki, paytaxt Parisdə keçirilən görüşdə iki ölkə arasında müxtəlif sahələrdə mövcud əlaqələr, Avropa İttifaqı-Gürcüstan münasibətləri müzakirə olunub.

E.Makron bildirib ki, Fransa Gürcüstanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü dəstəkləməkdə davam edir.

Tərəflər eyni zamanda Cənubi Qafqaz və Qara dəniz regionunda vəziyyət və təhlükəsizlik məsələlərini də nəzərdən keçiriblər.

Görüşdə həmçinin Gürcüstan və Fransa arasında iqtisadi əlaqələrin daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, iki ölkə arasında əməkdaşlıq haqqında bəyannamə imzalanıb.

S.Zurabişvili Fransanın dövlət başçısını Gürcüstana səfərə dəvət edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.