Dünya

"Çılpaqlığın məni heyran edir" - ABŞ prezidentinin intim məktubları ələ keçib - FOTO

19 Fevral 2019 15:20
1 Şərh     Baxış: 2 618
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"New-York Post" qəzeti ABŞ-ın 29-cu prezidenti ilə bağlı qalmaqallı videoçarx hazırlayıb.

Milli.Az adıçəkilən sayta istinadla xəbər verir ki, söhbət Uorren Hardinqdən gedir. O, iki il müddətinə ABŞ-ın prezidenti olub.

1921-ci ildən 1923-cü ilə qədər hakimiyyətdə olan prezident həmin vaxt ərzində 2 qadınla münasibət yaşayıb.

Onlardan biri Birinci Dünya Müharibəsi zamanı Almaniyanın casusu, ikincisi isə onun gizli övladını daşıyan qadındır.

Prezident hakimiyyətdə olduğu müddətdə əxlaqsızlığı təbliğ edən kitablar yazıb. Onun masturbasiya və oral seksdən bəhs edən intim məktubları da aşkarlanıb.

Videoçarxda Hardinq ABŞ-ın ən hörmətsiz prezidenti kimi təqdim olunub.

"Aldığın nəfəsi udmağı xoşlayıram. Boynuna yapışmaq istəyirəm. Çılpaqlığın məni heyran edir", - onun məktublarının birində qeyd edilir.

Qeyd edək ki, Uorren Hardinq 1923-cü ildə ürək tutmasından vəfat edib.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.