Dünya

30 ildə 90 qadın öldürən 78 yaşlı qatil - FTB-dən açıqlama

18 Fevral 2019 21:04
2 Şərh     Baxış: 2 007
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) qatil Samuel Littlenin öldürdüyü qadınların şəxsiyyətini təyin etmək üçün fotoları ictimaiyyətlə paylaşıb.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, 78 yaşlı qatil 30 il müddətinə 90 nəfəri öldürdüyünü etiraf edib.

Little törətdiyi cinayətlərə görə, ömürlük həbs cəzası alıb. Qatil bu cinayətlərini 1970-2005-ci illər arasında ABŞ-da həyata keçirib. FTB araşdırmalarına görə, qatil Littlenin əsasən kimsəsiz qadınları hədəf alıb.

FTB öldürülən qadınların kimliyini təsdiq etmək məqsədilə qatil tərəfindən onların çəkdiyi fotoları ictimaiyyətə təqdim edib:

Kaliforniyada 23-25 yaşında olan və 1996-cı ildə öldürülən ağbəniz qadının kimliyini FTB müəyyən edə bilməyib.

Başqa bir xanım isə 1984-cü ildə qatil tərəfindən Ohayoda öldürülüb və cəsədini şimali Kentuckidə basdırıb.

20-25 yaşlarında olan ağ dərili qadın isə 1972-ci ildə öldürülüb.

26 yaşlı qaradərili və adı bəlli olmayan xanımı isə qatil 1979-cu ildə öldürüb.

Təxminən 15-ə yaxın foto paylaşan FTB hesab edir ki, Little ABŞ tarixində ən böyük "silsiləli qatil" ola bilər.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.