Dünya

Bir ay əvvəl yoxa çıxan kişini qızı öldürübmüş - Məni çılpaq soyundurub... - VİDEO - FOTO

18 Fevral 2019 16:58
0 Şərh     Baxış: 6 094
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müge Anlının təqdimatında yayımlanan proqramın canlı yayımında qızı tərəfindən öldürülən Abdullah Qazinin keçmiş arvadı Yasemin açıqlamaları ilə izləyiciləri dəhşətə gətirib.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, efirdə Abdullah Qazi Akbıyıkın 18 yanvardan bu yana yoxa çıxdığı deyilib.

İtkin şəxsin yaxınları onun arvadı Kıymet xanımdan şübhələnsələr də, canlı yayımdan sonra Müge Anlı, Qazi Abdullahın arvadı, böyük qızı ilə görüşüb və həqiqət ortaya çıxıb. Böyük qızı 18 yanvar gecəsi anasını qorumaq üçün atasının ölümünə səbəb olduğunu etiraf edib. Atasını öldürdüyünü etiraf edən gənc qız və anası barədə həbs qərarı verilib.

Qazi Akbıyıkın keçmiş arvadı Yasemin ona edilən işgəncələrdən danışıb:

"Məni çılpaq soyundurub, boynuma ip keçirib döyürdü. Çılpaq halımla maşına mindirib, bir evin zirzəmisinə aparıb işgəncələrə davam etdi. Dincəldikdən sonra məni yenidən döyməyə davam etdi.

Bizim o adamın əlindən nələr çəkdiyimizi heç kim təxmin edə bilməz. Onlar öldürməsəydilər, bəlkə də mən öldürəcəkdim".

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bir ay əvvəl yoxa çıxan kişini qızı öldürübmüş

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.