"Game of Thrones" serialında canlandırdığı "Cersei" obrazı ilə məşhurlaşan Lena Headey, İngiltərə mətbuatına etdiyi etirafla maqazin gündəminə bomba kimi düşüb.
Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, Lena Headey məşhur rejissor Harvey Weinsteinin sevişmə tələbini rədd etdiyi üçün Weinsteinin şirkətindən 10 il boyunca işsiz qaldığını deyib:
"Mənimlə yatmaq istədi, lakin onun istəyini rədd etdim. Onunla cinsi əlaqədə olmağı rədd etdiyim üçün bir daha onun şirkəti "Miramax"dan heç bir təklif almadım. Onunla cinsi əlaqədə olmadığım üçün kariyeram məhv oldu''.
Məhəmməd Vaqif
Milli.Az