Dünya

İranın yeni "Fateh" adlı sualtı qayığı hərbi dəniz qüvvələrinin istifadəsinə verilib

18 Fevral 2019 23:48
0 Şərh     Baxış: 891
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın milli istehsalı olan yeni "Fateh" adlı sualtı qayıq hərbi dəniz qüvvələrinin istifadəsinə verilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident Həsən Ruhani və müdafiə naziri Əmir Xatəminin iştirakı ilə keçirilən tədbirdə sualtı qayığın texniki göstəriciləri barədə məlumat verilib. Çəkisi 600 ton olan qayıq müasir silahlar və raketlərlə təchiz edilib. Qayıq yalnız suyun altında deyil, suyun üzərindəki hədəfləri də vurmaq imkanına malikdir. Dənizin 200 metr dərinliyinə dalmaq iqtidarında olan qayıq bu dərinlikdə 5 həftəyə qədər qala bilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.