Dünya

Pakistan Hindistandakı səfirini geri çağırıb

18 Fevral 2019 23:54
0 Şərh     Baxış: 767
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pakistanın Xarici İşlər Nazirliyi Hindistandakı səfirini məsləhətləşmək üçün geri çağırıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Pakistanın diplomatik qurumunun rəsmi nümayəndəsi Məhəmməd Feysəl özünün "Twitter" səhifəsində yazıb. Həmin qərar Nyu-Dehlinin polis kortejinə hücumda İslamabadın əlinin olması barədə ittihamından sonra hər iki ölkə arasında vəziyyətin gərginləşməsi fonunda verilib.

Bundan öncə Hindistan da Pakistandakı səfirini geri çağırmış, Pakistanın Hindistandakı səfiri isə Xarici İşlər Nazirliyinə dəvət edilərək ona kəskin etiraz bildirilmişdi. Hindistan hakimiyyəti Pakistandan hücumun məsuliyyətini üzərinə götürmüş qruplaşmaya qarşı lazımi tədbirlər görməyi tələb etmişdi.

Xatırladaq ki, fevralın 14-də Cammu və Kəşmir ştatının Pulvama dairəsində terrorçu-kamikadze 350 kiloqram partlayıcı yüklənmiş avtomobili mərkəzi ehtiyat polisi əməkdaşlarının avtomobil karvanının yaxınlığında partlatmışdı. Azı 45 polis əməkdaşının həlak olması ilə nəticələnən hücumun məsuliyyətini bölgədə fəaliyyət göstərən "Ceyş-ə-Məhəmməd" qruplaşması üzərinə götürmüşdü.

Qeyd edək ki, Hindistanın müsəlmanların üstünlük təşkil etdiyi yeganə ştatı Cammu və Kəşmirdə uzun illərdir vəziyyət gərgin olaraq qalır. "Ceyş-ə-Məhəmməd" həmin bölgədə fəaliyyət göstərən və ştatın müstəqilliyi, həmçinin qonşu Pakistana birləşməsi uğrunda mübarizə aparan çoxsaylı qruplaşmalardan biridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.