Dünya

Yaponiya Donald Trampın Nobel mükafatına namizədliyini irəli sürübmü?

18 Fevral 2019 23:59
0 Şərh     Baxış: 1 002
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın Baş naziri Sındzo Abe ABŞ Prezidenti Donald Trampın Nobel mükafatına namizədliyini irəli sürüb-sürmədiyi barədə parlament üzvlərinin sualına cavab verməkdən yayınıb.

"Nobel komitəsi artıq 50 ildir nə namizədlərin, nə də namizədlik irəli sürənlərin adlarını açıqlamır. Mən bu mövzu barədə suallara cavab vermək istəmirəm", - Abe parlamentin aşağı palatasının büdcə komissiyasının iclasında belə deyib.

Bununla yanaşı, parlament üzvlərindən birinin tövsiyənin olub-olmaması barədə sualına Yaponiyanın baş naziri "mən belə faktın olmadığını deməmişəm", - cavabını verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu ərəfədə "Asaxi" qəzeti Sindzo Abenin Vaşınqtonun qeyri-formal "xahişi" əsasında KXDR ətrafında yaranan böhranın həlli istiqamətində səylərinə görə Donald Trampın Nobel mükafatına namizədliyini irəli sürdüyünü yazmışdı. Həmçinin ötən həftə ABŞ-ın dövlət başçısı Donald Tramp Yaponiyanın baş nazirinin onun namizədliyini Nobel sülh mükafatına irəli sürdüyünü etiraf etdiyini demişdi.

Qeyd edək ki, ABŞ-ın 44-cü prezidenti demokrat Barak Obama 2009-cu ildə Nobel sülh mükafatına layiq görülmüşdü. Nobel komitəsinin üzvləri onun "beynəlxalq diplomatiyanın və insanlar arasında əməkdaşlığın güclənməsi" uğrunda səylərini mükafata layiq bilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.